İngiltərə kubokunun 1/4 final matçı “Çelsi” və “Lester” arasında baş tutub.
Oxu.Az xəbər verir ki, görüş London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərindən Mark Kukurelya (13-cü dəqiqə), Koul Palmer (45+1-ci dəqiqə), Karni Çukvuemeka (90+2-ci dəqiqə) və Noni Madueke (90+6-cı dəqiqə) fərqləniblər. Qonaqların heyətində isə Stefi Mavididi fərqlənib (62-ci dəqiqə). Paytaxt klubunun müdafiəçisi Aksel Disasi topu öz qapısına göndərib (51-ci dəqiqə).
Qeyd edək ki, 73-cü dəqiqədə Kallum Doyl “Lester”dən qırmızı vərəqə alıb.
Beləliklə, “Çelsi” İngiltərə kubokunun yarımfinalına yüksəlib.
www.102info.az