“Mançester Yunayted” İngiltərə kubokunun 1/4 finalında “Liverpul”u əlavə vaxtda məğlub edib.
Oxu.Az xəbər verir ki, Mançesterdəki görüş Skott Maktominey (10-cu dəqiqə), Antoni (87), Markus Reşford (112) və Amad Diallonun (120+1) vurduğu qollarla 4:3 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Qırmızı-qaralar”ın heyətində Aleksis Makallister (44), Məhəmməd Salah (45+2) və Harvi Elliott (105) fərqlənib.
Oyunun sonunda Diallo iki sarı vərəqə alaraq meydandan qovulub.
www.102info.az