İtaliya çempionatının 29-cu turunun mərkəzi oyununda “İnter” öz stadionunda “Napoli” ilə heç-heçə edib – 1:1.
Oxu.Az xəbər verir ki, matçın ilk qolu birinci hissənin sonlarına təsadüf edib – Matteo Darmian fərqlənib. Fasilədən sonra hər iki komandanın qol imkanları olsa da, qonaqlar şanslarından istifadə ediblər – Juan Jezus matçın sonunda fərqlənib.
Bu matçdan sonra “İnter” A Seriyasının turnir cədvəlinə inamla başçılıq etməkdə davam edir. “Napoli” yeddinci yerdədir.
Qeyd edək ki, İtaliya çempionatının növbəti turunda “İnter” ukraynalı Viktor Kovalenko ilə “Empoli”, “Napoli” isə “Atalanta” ilə qarşılaşacaq.
www.102info.az