Rusiya səfiri ABŞ rəhbərliyinə nota göndəriləcəyini dedi: “Bir neçə dəqiqə vaxtım olacaq”

Dünya

Rusiya diplomatları ABŞ hakimiyyətinə nota göndərəcəklər.

Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bəyanat verib.

Məlumata görə, buna səbəb prezident seçkisində səsvermə günü Rusiyanın Vaşinqtondakı səfirliyində ABŞ Dövlət Departamentinin məxfi xidmətinin hərəkətləri olub.

Səfirin sözlərinə görə, məxfi xidmət Rusiya səfirliyinin girişini bağlayıb və səsverməyə gələn Rusiya vətəndaşları üçün maneələr yaratmağa çalışıb. Həmçinin təxribatçılar tərəfindən ajiotaj hallarına da yol verilib.  

“Həm Ağ Evdə, həm də Dövlət Departamentində keçirilən görüşlərdə, müntəzəm görüşlərdə, şübhəsiz ki, səfirliyin təhlükəsizliyi ilə bağlı ən sərt etirazımı bildirmək üçün bir neçə dəqiqəm olacaq”, – deyə diplomat vurğulayıb.

Mənbə: NEWS.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir