Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”

Dünya

“Hindistandan tədarük edilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin onlar yararsız vəziyyətdədir”.

Bu açıqlama ilə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan çıxış edib.

“Mənim əlimdə olan yazılı məlumata əsasən, Hindistandan alınan silahları artıq bir ildir ki, təmir etmək mümkün olmadığından onlardan yararlanmaq mümkün deyil”, – deyə Ermənistanın keçmiş müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, Ermənistan son iki ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsalar, MLRS sistemləri, döyüş sursatları və sair hərbi texnika tədarük edilib və ya tədarükü planlaşdırılır.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir