İslandiyanın Reykyanes yarımadasında son üç ayda dördüncü vulkan püskürməsi baş verib.
Püskürmə nəticəsində yaranan lava qoruyucu baryerlərə çatıb ki, bu baryerlər lavanın məşhur “Blue Lagoon” (“Mavi laqun”) turizm zonasına və daha vacibi, yaxınlıqdakı elektrik stansiyasına yayılmasının qarşısının alınması üçün nəzərdə tutulub.
Məlumata görə, hələlik qoruyucu baryerlər öz funksiyasını yerinə yetirir.
Alimlərin proqnozlarına görə, bu, hazırda regionda ən güclü püskürmədir və yaxın zamanda zəifləməsi, sönməsi mümkündür.
Mənbə: Euronews.com
www.102info.az