Uruqvaylı aktrisa və müğənni, “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro gizli şəkildə Rusiyanın paytaxtı Moskvaya gedib.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Aktrisa Rusiya istehsalı olan “Şaxta babaya məktub” filminin çəkilişlərinin aparıldığı Sankt-Peterburqdan “Sapsan” sürət qatarı ilə paytaxta çatıb.
Qeyd olunub ki, Oreyronun Moskvaya gedişi diqqətlə gizlədilib. Ulduz jurnalistlərin qarşısına üzünü örtən şərflə çıxıb.
Müğənni mühafizəçilərin əhatəsində maşına minib və demək olar ki, dərhal həmin yerdən uzaqlaşıb.
Mənbə: “Mash” “Telegram” kanalı
www.102info.az