“Telegram” ötən həftə mesencerin genişlənməsinə dəstək üçün 330 milyon dollarlıq (561 milyon manat) istiqraz buraxıb.
Bu barədə mesencerin yaradıcısı Pavel Durov məlumat verib.
“Keçən həftə biz “Telegram”ın sürətlə genişlənməyə davam etməsini təmin etmək üçün 330 milyon dollarlıq istiqraz buraxdıq”, – deyə Durov “Telegram” kanalında yazıb.
O qeyd edib ki, istiqrazlara tələb təklifi üstələyib və şərtlər şirkət üçün əlverişli olub.
Qeyd edək ki, “Telegram” bir çox formatda mesajlar və media faylları mübadiləsinə imkan verən mesencerdir. Layihə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov tərəfindən yaradılıb.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
www.102info.az