Avropa Şurasının rəhbərindən müharibə iqtisadiyyatı ilə bağlı TƏKLİF

Dünya

Avropa Şurasının sədri Şarl Mişel müharibə iqtisadiyyatı rejiminə keçməyə çağırıb.

Onun sözlərinə görə, hazırda Aİ İkinci Dünya Müharibəsindən bəri ciddi problemlə üz-üzədir, ona görə də sülh istəməklə yanaşı, müharibəyə hazırlaşmaq lazıımdır.

Qeyd olunub ki, 2030-cu ilə qədər Avropa sənayesindən satınalmaların iki dəfə artırılması planlaşdırılır ki, bu da müdafiə sənayesini gücləndirəcək.

“Biz müdafiə baxımından yaxşı hazırlaşmalı və müharibə iqtisadiyyatı rejiminə keçməliyik. Təhlükəsizliyiniz üçün məsuliyyəti öz üzərinizə götürməyin vaxtı gəlib. Biz artıq başqalarına arxalana bilmərik”, – deyə Mişel vurğulayıb.

Mənbə: “La Libre Belgique” qəzeti

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir