“İnter”in müdafiəçisi Françesko Açerbi “Napoli” ilə matçda irqçilik qalmaqalı səbəbindən qarşıdakı Venesuela və Ekvadorla yoldaşlıq görüşlərində İtaliya yığmasında oynamayacaq.
Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bir gün əvvəl 1:1 hesabı ilə başa çatan matçda “Napoli”nin braziliyalı müdafiəçisi Juan Jezus Açerbinin ona qaradərili deməsindən hakimə şikayət edib.
Açerbi milli komandaya gələrək Jezusa qarşı böhtan, alçaldıcı və irqçi sözlər ünvanlamadığını bildirib.
Qeyd olunub ki, Açerbinin yerinə oyunlarda iştirak etməsi üçün “Roma” klubundan Canluka Mançini çağırılıb.
Mənbə: La Repubblica
www.102info.az