“Fransa ordusu “ən sərt” münaqişələrdə iştirak üçün hazırlanır”.
Bu sözləri Fransa quru qoşunlarının qərargah rəisi, general Pyer Şill “Le Monde” qəzetinə müsahibəsində deyib.
General bu bəyanatı Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlamaları fonunda verib.
Onun sözlərinə görə, Fransa ordusu hazırdır.
“Beynəlxalq vəziyyətin hansı istiqamətə yönlənməsindən asılı olmayaraq, fransızlar əmin ola bilərlər ki, onların əsgərləri buna hazırlıqla cavab verəcəklər”, – deyə Şill qeyd edib.
“Hücumlardan qorunmaq və ölkənin maraqlarını qorumaq üçün Fransa ordusu ən çətin döyüşlərə hazırlaşır, bunu bəyan edir və nümayiş etdirir”, – deyə Pyer Şill əlavə edib.
www.102info.az