İlon Mask depressiyadan əziyyət çəkir

Dünya

“SpaceX” və “Tesla”nın baş direktoru, “X” sahibi İlon Mask bəzən depressiyadan əziyyət çəkdiyini və iki həftədə bir dəfə ketamin dərmanı içdiyini etiraf edib.

Milyarderin sözlərinə görə, bəzən onun başında bir növ neqativ kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır. O bu vəziyyətin heç bir neqativ xəbərlə bağlı olmadığını bildirib.

Mask deyib ki, o, adətən gündə 16 saat işləyir, dəqiq və aydın düşünmək məcburiyyətindədir. Dərmanlar ona normallığı qorumağa kömək edir.

İş adamı depressiyasının anadangəlmə olduğunu hesab edir və dərmanlardan istifadəsinin şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa şəkildə təsir edəcəyini düşünmür.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir