“Ermənistanda “Mir” ödəniş sisteminin kartlarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar dəqiqləşdirmə tələb edir, hazırda bununla Rusiya hökuməti məşğul olur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib:
“Bu, əlavə aydınlaşdırma tələb edir ki, hazırda bizim departament, müvafiq şöbə və bütövlükdə bütün hökumət bununla məşğuldur”.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın “Mir” ödəniş sisteminin kartları “VTB Ermənistan” bankının (Rusiya VTB-nin törəməsi) infrastrukturu istisna olmaqla, 30 mart 2024-cü il tarixindən etibarən Ermənistanın əksər banklarının bankomat və POS terminallarında fəaliyyətini dayandıracağı barədə xəbər yayılmışdı.
Mənbə: TASS
www.102info.az