İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin üç oğlunu hava hücumu nəticəsində öldürüb.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Həmas lideri İsmayıl Haniyənin üç oğlu və üç nəvəsi İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində həlak olub”, – telekanalın açıqlamasında deyilir.
Hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilir.
www.102info.az