Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun aşaraq şaxtadakı xəndəyə düşməsi nəticəsində şirkətin ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.
Bu barədə yerli administrasiyanın nümayəndəsi Riça Prakaş Çoudhari məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti stabildir.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: Ptinews.com
www.102info.az