İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kriptovalyuta transferi yolu ilə Fələstinin radikal HƏMAS və “İslami Cihad” hərəkatlarını maliyyələşdirib.
Bu məlumat ABŞ Maliyyə Nazirliyi katibinin birinci müavini Adevale Adeyemonun bəyanatında yer alıb.
“Hələ keçən il biz İslam İnqilabı Keşikçiləri Korpusunun Qəzza zolağında HƏMAS və Fələstin “İslami Cihad”ına kriptovalyuta köçürdüyünün şahidi olduq”, o bildirib.
Adeyemonun sözlərinə görə, ABŞ HƏMAS-ın kiçik ianələr toplamaq üçün virtual valyutalardan istifadə etdiyini aşkar edib. O bildirib ki, Birləşmiş Ştatlar “bu şəbəkələrə qarşı tədbir görməyə qadirdir”.
Mənbə: TASS
www.102info.az