ABŞ-li milyarder və sahibkar İlon Mask ABŞ-nin “əbədi müharibə” ideyası ilə çıxış edərək Ukraynadakı krizisin yekunlaşması variantını nəzərdən keçirməməsini real problem adlandırıb.
Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Bu, əsl problemdir: Son məqsəd heç vaxt müəyyən edilmir, yalnız “əbədi müharibə” barədə düşünülür”, – deyə Mask bildirib.
O, bu fikri ABŞ Senatında Demokratik çoxluğun lideri Çak Şumerin Ukraynaya gələcək dəstək məsələsi ilə bağlı çıxışı ilə bağlı dediklərinə cavab olaraq bildirib.
Mənbə: Gazeta.ru
www.102info.az