“Kalaşnikov” elektrik motosikletlərini buraxıb – FOTO

Dünya




Silah istehsalçısı “Kalaşnikov” konserni “İj-49” retro motosikletlərini elektrik versiyada buraxıb.

Bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər yayılıb.

Bildirilib ki, buraxılış məhdud sayda həyata keçirilib.

“Retro üslubda təqdim olunan bir nəfərlik ikitəkərli elektrik motosikleti şəhər mühitində səyahət üçün nəzərdə tutulub. O, qabaqcıl texnoloji məzmuna və lakonik formalara malikdir, sürmək üçün rahatdır”, – “Kalaşnikov” konsernindən qeyd edilib.

Model təxminən 100 kilometr məsafə ehtiyatı olan litium-ion akkumulyatorla təchiz edilib. Gediş məsafəsi sürət və sürmə tərzindən asılı olaraq dəyişə bilər. Motosikletin maksimal sürəti 95 km/saatla məhdudlaşdırılıb, çəkisi isə 130 kiloqramdır.

Qeyd edək ki, “Kalaşnikov” konserni “İjmaş” zavodunun varisidir və o, silahlardan əlavə, motorlu nəqliyyat vasitələri də istehsal edir.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir