Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə kütləvi raket hücumu həyata keçirib.
Bu barədə şəhərin meri İqor Terexov məlumat verib.
“Şəhərdə partlayışlar baş verib. Xarkov Rusiya raketlərinin hücumuna məruz qalıb. Ehtiyatlı olun”, – İ.Terexovun açıqlamasında qeyd edib.
Xarkov Vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, Rusiya ordusu təkcə bu gecə Xarkova azı doqquz raket zərbəsi endirib. O, sakinlərə elektrik kəsintisinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Mənbə: Nv.ua
www.102info.az