İyulun 3-də Minskdə Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat Xidməti respublikanın hərbi idarəsinin rəisi Viktor Xrenin və Şuranın katibi general-mayor Yuri Daşkin arasında keçirilən görüşdən sonra məlumat verib.
“Görüşdə Birlik formatında çoxtərəfli hərbi əməkdaşlığın cari məsələləri müzakirə edilib. Tərəflər MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş 3 iyul 2024-cü ildə Minskdə keçiriləcək”, – məlumatda bildirilib.
Mənbə: TASS
www.102info.az