Sankt-Peterburqda tramvay piyadaları vurdu – VİDEO

Dünya




Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Primorskaya” stansiyası yaxınlığında yolu keçən insanları tramvay vurub.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, nəticədə xəsarət almış üç piyada xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, tramvayın içində həmin vaxt sərnişin olmayıb.

“45 yaşlı qadın ağır vəziyyətdə Mariinski xəstəxanasına yerləşdirilib, 22 və 42 yaşlı kişilər isə orta ağır vəziyyətdə Yelizavetinskaya xəstəxanasına yerləşdiriliblər”, – idarənin “Telegram” kanalında bildirilib.

Hazırda baş verənlərin təfərrüatları, o cümlədən səbəbləri dəqiqləşdirilir.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir