Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 1/4 finalında “Pari Sen-Jermen” ilə matçda nasist salamı verən azarkeşlərə görə İspaniyanın “Barselona” klubuna qarşı intizam işi açıb.
Mənbənin sözlərinə görə, “Barselona” azarkeşləri 1/4 final mərhələsini uğurla keçərsə, Çempionlar Liqasının yarımfinalının səfər oyununa qatılmaq qadağan edilə bilər.
Qeyd edək ki, hadisə aprelin 10-da “Barselona” və “Pari Sen-Jermen” arasında keçirilən ilk oyunda (3:2) baş verib. Barselona azarkeşləri nasist salamından istifadə edib və meymunu təsvir ediblər. Paris polisi daha sonra iki azarkeşi həbs edib.
Mənbə: TASS
www.102info.az