“Mançester Siti” İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində doğma meydanda “Luton Taun”u darmadağın edib – 5:1.
Oxu.Az xəbər verir ki, artıq ikinci dəqiqədə Hasioka avtoqola imza atıb. Fasilədən sonra Sitidən Kovaçiç və Holand qol vurublar. Qonaqlar yalnız Barklinin dəqiq zərbəsi ilə cavab verə biliblər. Matçın yekun hesabını isə Doku və Qvardiol müəyyən ediblər.
Şəhərlilər “Arsenal” – “Liverpul” matçlarından ən azı bir gün əvvəl İngiltərə Premyer Liqasında liderliyi ələ keçiriblər. “Luton” isə 18-ci yerdədir.
Qeyd edək ki, növbəti turda “Mançester Siti” aprelin 25-də “Brayton”la qarşılaşacaq.
www.102info.az