İsrailin Müdafiə Ordusu (SAXAL) Daxili Cəbhə Komandanlığının təlimatlarında dəyişikliklər edildiyini və aprelin 14-dən başlayaraq ölkədəki təhsil müəssisələrində yaxın günlər üçün bütün dərslərin ləğv ediləcəyini açıqlayıb.
“Vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, İsrail ərazisində təhsil sferasının fəaliyyətinin qadağan edilməsi qərara alınıb”, – deyə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail İran təhlükəsinə qarşı havada, quruda və dənizdə yeni imkanlar tətbiq edir və təhlükəsizliyi gücləndirir.
Mənbə: TASS
www.102info.az