Huşunu itirən futbolçuya görə “Udineze” – “Roma” matçı dayandırıldı

Dünya




“Roma”nın və Kot-d’İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında “Udineze” ilə matçda huşunu itirib.

Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar.

Bir müddət sonra görüşün baş hakimi matçı başa vurmamaq qərarına gəlib. Oyun dayandırılan vaxtda hesab bərabər olub – 1:1.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir