Futbol üzrə İtaliya çempionatının 32-ci turunun oyununda Milanın “İnter”i doğma meydanda “Kalyari”ni məğlub edə bilməyib.
Oxu.Az xəbər verir ki, Milanda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Markus Tyuram və Hakan Çalhanoğlu penalti edərək, fərqləniblər. Qonaqların qollarını Eldor Şomurodov və Nikolas Viola vurub.
Qeyd edək ki, “İnter” A Seriyasında ardıcıl 26 oyundur ki, məğlub olmur. Simone İnzaqinin komandası 83 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Klaudio Ranyerinin “Kalyari” komandası (31) 14-cü yerdədir.
www.102info.az