Antalyada funikulyorda baş verən qəza ilə bağlı bələdiyyə sədri həbs edilib – FOTO

Dünya




Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda bir nəfərin öldüyü, yeddi nəfərin yaralandığı kanat yolu qəzası ilə bağlı saxlanılan 14 şübhəlidən beşi həbs edilib.

İstintaq çərçivəsində Türkiyə Baş Prokurorluğu eyni zamanda Kepez Bələdiyyə Başçısı Mesut Kocagöz haqqında da həbs qərarı çıxarıb. Kocagöz nəzarətə alınıb.

Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kepez bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh “Anet” şirkətinin idarə heyətinin sədri olub.

Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Mənbə: ntv.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir