İranda repressiv əxlaq polisinin yenidən fəaliyyətə başlamasından sonra məcburi hicab qaydalarına riayət etməyən qadınlar zorakılığa məruz qalırlar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, gənc xanımı həbs etməyə çalışan əxlaq polisinin repressiv qadın məmurları gülləkeçirməz jilet geyiniblər.
Qeyd edək ki, əxlaq polisinin gülləkeçirməz jiletə keçməsi zorakılıq etdiyi qadınlardan qorxusunu əks etdirir.
www.102info.az