“Bitcoin”in məzənnəsi son 24 saat ərzində təxminən üç min dollar ucuzlaşıb.
Bir gün əvvəl “Bitcoin”in dəyəri 66 min ABŞ dollarını keçsə də, bu səviyyədə möhkəmlənə bilməyib. Aprelin 16-na keçən gecə ilk kriptovalyutanın məzənnəsi təxminən 5% azalaraq USDT stabilkoini ilə cütlükdə 62 min dollara düşüb. Bakı vaxtı ilə saat 13:39-da “Bitcoin” 63 438,36 dollar (-4,83%) dəyərində olub.
Analitiklər hesab edirlər ki, geosiyasi vəziyyət, eləcə də dolların möhkəmlənməsi “Bitcoin” məzənnəsinə təzyiq göstərir.
Mənbə: Gazeta.ru
www.102info.az