Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi – FOTO/VİDEO

Dünya




Məşhur türkiyəli aktyor və rejissor Yılmaz Erdoğan sevgilisi olduğunu iddia edən və şəxsi görüntülərini çəkərək paylaşan modeli, həmçinin onun bacısını məhkəməyə verib.

Cansu Taşkın adlı model qatıldığı bir televiziya proqramında Yılmaz Erdoğanla iki il münasibətdə olduğunu iddia edib. Taşkının bacısı Elif Vurqun da bacısı ilə Yılmaz Erdoğanın bir-birini qucaqladıqları səmimi və şəxsi görüntülərini paylaşıb. Gündəmdə qalmaqal yaradan bu görüntülərə görə Yılmaz Erdoğan bacılar barəsində hüquqi tədbirlərin görülməsinə qərar verib.

Məlumata görə, Cansu Taşkın və Elif Vurqun bacıları keçən il avqust ayında Erdoğanın qonağı olaraq onun bağ evinə gediblər. Bacılardan Elif özünü telefonla danışırmış kimi göstərərək Yılmazın xəbəri olmadan onları çəkib və sonra videonu yayıb.

Xəbərlərə görə, Cansu və Yılmaz bir neçə gün yaxınlıq etsələr də, sevgili olmayıblar və qadın xeyli müddət ərzində aktyora davamlı olaraq zəng vurub, mesajlar göndərib. Zəngləri cavabsız qalan Cansu fevral ayında Yılmaz Erdoğanla münasibəti olduğu ilə bağlı mətbuata müsahibə verib.

Yılmaz Erdoğan məsələ ilə bağlı açıqlama verməsə də, vəkillərinə iki bacıya qarşı məhkəmə iddiasının qaldırılmasını tapşırıb. Bu qanun maddəsinə görə, insanların şəxsi həyatının toxunulmazlığını pozan şəxs bir ildən üç ilədək həbs cəzasına məhkum edilə bilər. Qeydə alınan görüntü və ya səslərin məxfiliyi pozularsa, cəza bir qat artırılır.

Mənbə: Sondakika.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir