Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” – VİDEO

Dünya




“Ermənistanın sülh çağırışları çox vaxt daxili auditoriyaya hesablanır”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “AzTV” telekanalının “Hədəf” verilişində deyib.

“Biz bunu onun parlamentdəki çıxışlarında, mətbuat konfranslarında və erməni ictimaiyyətinə müraciəti zamanı görmüşük. Hər hansı Qərb dövlətinə səfəri zamanı isə Paşinyanın ritorikası demək olar ki, 180 dərəcə dəyişir. Azərbaycana qarşı ittihamlar irəli sürməyə başlayır. Bu isə onu göstərir ki, Paşinyan Qərbdən sanki hansısa dəstəyi gözləyir və bununla da sülh müqaviləsinin imzalanmasını uzatmaq istəyir. Fransa tərəfindən hansısa illüziyalara uyur və bu illüziyalara da uyğun olaraq addımlar atır”, – deyə F.Hüseynəliyev bildirib.

Agentlik rəhbəri qeyd edib ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq istəyir:

“Burada məqsəd Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdir, düzdü Fransanın əvvəldən bu regionda tarixən mövqeyi olmayıb. Sadəcə Rusiyanın Ukraynada apardığı müharibədən istifadə edərək burada forpost qurmağa çalışır. Ona görə də Ermənistan vasitəsilə regiondakı proseslərə müdaxilə etməyə çalışır. Bundan sonra da neokolonial siyasəti çərçivəsində digər bölgələrə də təsirini genişləndirməyə çalışacaq”.

Ətraflı videoda:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir