Belarusda avtobusla yük maşını toqquşdu: 40-dan çox yaralı var

Dünya




Belarus Səhiyyə Nazirliyi Minsk yaxınlığında avtobusla ağır yük maşınının toqquşması nəticəsində 43 nəfərin xəsarət aldığını bildirib.

“43 zərərçəkənin üçü yeniyetmədir, onlardan biri xəstəxanaya yerləşdirilib”, – deyə Minsk təcili tibbi yardım stansiyasının baş həkimi Aleksandr Jinko bildirib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları 30-dan çox zərərçəkmişi paytaxt xəstəxanalarının təcili yardım şöbələrinə çatdırıblar, bir neçə nəfər özü gəlib, üç sərnişinə isə hadisə yerində tibbi yardım göstərilib. Müayinədən sonra səkkiz nəfər xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlara – kəllə-beyin travmaları, sınıqlar, qançırlar və kəsiklər diaqnozu qoyulub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza aprelin 16-da Minsk yaxınlığında, Smiloviçi şosesində baş verib. Avtobus yolun kənarında dayanan yük maşını ilə toqquşub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir