Rusiyanın Nijni Novqorod, Kazan və Naberjnıye Çelnı hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin uçuşuna bağlanıb.
Qeyd olunur ki, bu şəhərlərə gedən bir neçə təyyarə Şeremetyevo və digər hava limanlarına qayıdıb. Dimitrovqrad bölgəsində “Düşənbə-Kazan” reysi bir neçə dövrə vurduqdan sonra Samaraya doğru hərəkət edib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Moskvadakı “Şeremetyevo” hava limanı PUA-nın hücumu təhlükəsi ilə əlaqədar təyyarələrin yola salınması və enməsinə məhdudiyyətlər tətbiq edib. Hava limanından bildirilib ki, hava limanı adi rejimdə işləyir, gediş-gəliş reysləri qrafikə uyğun həyata keçirilir.
Mənbə: “112” “Telegram” kanalı
www.102info.az