Londonda yaşayan bir qrup iranlı ölkənin Britaniyadakı səfirliyi qarşısında aksiya keçirib. Nümayiş zamanı aksiyaçılar SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) İsrailə raket və dron hücumunu ələ salıblar.
“Azad İran” “Telegram” kanalı bununla bağlı kadrlar yayıb.
Qeyd edək ki, aprelin 14-də İranın İsrailə atdığı 300 pilotsuz uçuş aparatının 99%-i bu ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
www.102info.az