Uelsdə yerləşən Britaniyanın “BAE Systems” müdafiə şirkətinin ərazisində partlayış baş verib.
Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb və yerli sakinlər üçün heç bir təhlükə yoxdur.
Uelsin cənubundakı Qlaskoyd kəndi yaxınlığında yerləşən şirkətdə 500-dən çox işçi çalışır. Orada silah və sursat istehsal olunur.
Hazırda polis hadisə yerini mühasirəyə alıb.
Baş verənlərin dəqiq səbəbləri aydınlaşdırılır.
Mənbə: TASS
www.102info.az