Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz” dünya üzrə 260 min avtomobilini geri çağırır.
Bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayılıb.
Bildirilib ki, səbəb proqram təminatının düzgün işləməməsidir ki, bu da mühərrikin qəfil dayanmasına və nəticədə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.
Geri çağırma 2018-2023-cü illər arasında istehsal xəttini tərk etmiş GLE və GLS modellərinə aiddir.
Qeyd edək ki, ötən həftə avtomobil istehsalçısı potensial yanğın təhlükəsi səbəbindən 341 000 avtomobili geri çağırıb.
Mənbə: TASS
www.102info.az