Qazaxıstanda yeddi nəfər daşqınların qurbanı olub.
Bu barədə respublikanın daxili işlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.
“Atırau vilayətində dörd nəfər, Türküstan bölgəsində isə bir azyaşlı uşaq boğularaq ölüb”, – deyə Kojayev bildirib.
O, həmçinin aprelin əvvəlində Ayaqoz rayonunda çay axınının apardığı traktorda boğulan iki nəfəri də daşqın qurbanları sırasına daxil edib.
Xatırladaq ki, aprelin əvvəlində Qazaxıstanın bölgələri daşqınla üzləşib. Aprelin 17-nə qədər ölkənin bir sıra bölgələrində təxliyə elan edilib, xilas və təxliyə olunan qazaxıstanlıların sayı 116 mini keçib.
Mənbə: orda.kz
www.102info.az