Türkiyənin Bursa şəhərinin İznik rayonunda yerləşən mağarada bədbəxt hadisə baş verib.
Üç nəfərdən ibarət xəzinə ovçuları qeyri-qanuni yollarla mağarada qazıntı apardıqları zaman çökmə baş verib və qayalar uçub.
Nəticədə bir nəfər həyatını itirib, iki nəfər isə çarəsiz vəziyyətdə içəridə qalıb.
Hadisə yerinə sağlamlıq, xilasetmə, yanğından mühafizə və Fövqəladə Halların İdarə olunması Agentliyinin əməkdaşları cəlb ediliblər. Bölgədə genişmiqyaslı işlərə başlanılıb.
Mağaranın uzun müddətdir xəzinə ovçularının hədəfində olduğu və müəyyən müddətdən bir orada qazıntı işlərinin aparıldığı iddia edilib.
Mağaranın içərisindən bir nəfərin cəsədi çıxarılıb, daha iki nəfərin qaldığı məlum olub və xilasetmə işləri davam edir.
Mənbə: İHA
www.102info.az