Kopenhagen birjasının binasında baş verən yanğını artıq dördüncü gündür ki, söndürmək mümkün olmur.
Qeyd edək ki, Kopenhagendə (Danimarka) “Byorsen” birjasının tarixi binası aprelin 16-da yanmağa başlayıb. Yanğın təxminən 400 yaşlı binanın qülləsinin dağılmasına səbəb olub.
“Byorsen” birjasının binası Kopenhagenin tam mərkəzində yerləşən ən qədim tikililərdən biridir. Binanın tikintisi 1625-ci ildə başa çatdırılıb.
Mənbə: RİA Novosti
www.102info.az