G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

Dünya




G7 (Böyük Yeddilik) ölkələri Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb.

Müvafiq bənd qrupa daxil olan ölkələrin XİN başçılarının İtaliyada keçirilən toplantısından sonra qəbul edilmiş bəyanatında yer alıb.

“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq. Biz tərəflərin 7 dekabr 2023-cü il tarixində verdikləri Birgə Bəyanatı xatırlayır və onları gələcək qarşılıqlı fəaliyyətlərində bu əməkdaşlıq ruhunu qorumağa çağırırıq”, – sənəddə bildirilir.

Qeyd olunur ki, G7 və onun üzvləri bütün səviyyələrdə qurulmuş danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları asanlaşdırmağa hazırdırlar.

“Biz Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyinin vacibliyini bir daha təsdiq edirik. Biz regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasına çağırırıq”, – bəyanatda vurğulanır.

Mənbə: state.gov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir