ABŞ prezidenti Co Bayden ölkəsinin ilk 90 kiloqram zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb.
Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
ABŞ liderinin Vaşinqtonda seçki kampaniyası zamanı çıxışında qeyd etdiyi kimi, ilin sonuna qədər ABŞ nüvə reaktorları üçün təxminən bir ton yanacaq zənginləşdirməyi düşünür.
“Bu gün mən elan edə bilərəm ki, Ohayo ştatının cənubundakı bir zavod artıq bu güclü zənginləşdirilmiş uranın ilk 200 funtunu istehsal edib”, – deyə Bayden bildirib.
O qeyd edib ki, söhbət ilk dəfə ABŞ-də istehsal olunan nüvə reaktorları üçün yanacaqdan gedir. Eyni zamanda, o, şirkətin ilin sonuna qədər təxminən bir ton zənginləşdirilmiş uranın istehsalına doğru irəlilədiyini söylədi ki, bu da 100 000 evi enerji ilə təmin etmək üçün kifayətdir.
www.102info.az