İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Dünya




İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının azı üç üzvü həlak olub.

İsrailin endirdiyi zərbələr nəticəsində daha iki döyüşçünün yaralandığı bildirilir.

Yerli mətbuatın verdiyi məlumata görə, xilasedicilər bombalanmış binanın dağıntılarını təmizləməyə davam edir və qurbanların sayının artacağı istisna edilmir.

Hələlik Livan tərəfi hadisəyə reaksiya verməyib.

Mənbə: Al Hadath

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir