Serbiyada NATO-nun bir tonluq bombası zərərsizləşdirildi – FOTO

Dünya




Serbiyanın Niş şəhərində 1999-cu ildə NATO-nun hücum etdiyi dövrə aid partlamamış aviabomba aşkarlanıb.

Bu barədə Serbiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Mütəxəssislər onu uğurla zərərsizləşdiriblər.

“NATO-nun bombardmanından sonra qalan təyyarə bombası təhlükəsiz şəkildə zərərsizləşdirilib və Nişdəki Stevan Sindjeliç ərazisində tikinti sahəsindən çıxarılıb”, – nazirliyin bəyanatında bildirilir.

Bomba məhv ediləcəyi təhlükəsiz yerə daşınır.

Söhbət çəkisi min kiloqrama yaxın olan “MK 84” hava bombasından gedir. DİN-in Fövqəladə Hallar İdarəsinin rəisi Luka Çauşiçin sözlərinə görə, mərmi bir neçə saat ərzində məhv ediləcək.

Xatırladaq ki, 1999-cu ilin martında NATO Yuqoslaviyaya qarşı Müttəfiq Qüvvələri əməliyyatına başlayıb. Blok əməliyyatın əsas səbəbini Kosovoda alban əhalisinin soyqırımının qarşısının alınması adlandırıb.

Mənbə: octagon.media

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir