İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat rəhbəri istefa verdi

Dünya




İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah Kəşfiyyat İdarəsinin (AMAN) komandiri, general-mayor Aaron Xaliva istefa verib.

O, istefa ərizəsini Baş Qərargah rəisi Qersi a-Leviyə təqdim edib.

Xaliva hələ 2023-cü ilin oktyabrında istefa vermək niyyətini açıqlamışdı və oktyabrın 7-də hərbi kəşfiyyatın uğursuzluğuna görə məsuliyyət daşıdığını bildirmişdi.

Xatırladaq ki, aprelin əvvəlində İDF Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin analitik şöbəsinin komandiri, briqada generalı Amit Saar da istefa verdiyini açıqlayıb.

Saar 2020-ci ildən AMAN-ın əsas bölməsinə rəhbərlik edib və Qəzza zolağı üzrə ekspert hesab olunub. O da oktyabrın 7-dəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb. Lakin istefa səbəbi sağlamlıqla bağlı olub, Saara xərçəng diaqnozu qoyulub.

Mənbə: Newsru.co.il

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir