Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb

Dünya




Avropa Parlamentinin “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatı Maksimilian Kranın köməkçisi Çinin xeyrinə casusluqda şübhəli bilinərək Drezden polisi tərəfindən saxlanılıb.

İstintaqın məlumatına görə, 43 yaşlı siyasi köməkçi Jian Quo Çinə Avropa Parlamentinin işi və Almaniyadakı Çin müxalifət hərəkatının nümayəndələri haqqında məlumat verib.

Bundan əlavə, o, təxminən on il əvvəl özünü alman hakimiyyət orqanlarına informator kimi təklif edib. Lakin o, etibarsız və “Çinin mümkün ikili agenti” hesab edilib.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir