Sunak: “Britaniya sənayesi müharibə rejiminə keçir”

Dünya




Böyük Britaniya müdafiə xərclərini 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2,5%-nə qədər artırmaqla, müdafiə sənayesini müharibə rejiminə keçirərək 87 milyard funt-sterlinqə çatdıracaq.

Bu barədə aprelin 23-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO rəhbəri Yens Stoltenberqlə 1-ci Varşava Zirehli Briqadasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Növbəti altı il ərzində biz öz müdafiəmizə əlavə pul yatıracağıq və bunların hamısı heç bir borc olmadan maliyyələşdiriləcək”, – Britaniyanın baş naziri bildirib.

O bəyan edib ki, Qərbin düşmənləri bir-birinə yaxınlaşdıqca, Qərb ölkələri öz maraqlarını və dəyərlərini qorumaq üçün daha çox işlər görməlidir.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir