KXDR Xarici İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti İrana səfər edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Səfərin proqramı və məqsədləri barədə başqa məlumat verilmir.
KİV-də yayılan məlumata görə, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.
Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib. İki ölkə arasında diplomatik əlaqələr 1973-cü ildə qurulub.
Mənbə: TASS
www.102info.az