İtaliya kubokunun ikinci yarımfinal cütü arasında cavab matçı baş tutub.
Oxu.Az xəbər verir ki, “Atalanta” öz meydanında “Fiorentina”nı qəbul edib.
Ev sahibləri əlavə olunmuş dəqiqələrdə vurduqları iki qol (90+5, 90+8) sayəsində finala vəsiqə qazanıblar – 4:1 (4:2).
Xatırladaq ki, ilk oyunda “Fiorentina” 1:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, İtaliya kubokunun finalında “Atalanta” “Yuventus”la qarşılacaq.
www.102info.az