Məşhur Şən və Hazırcavablar Klubu (ŞHK) telelayihəsinin aparıcısı Aleksandr Maslyakov işini tərk edir.
Buna səbəb 2022-ci ildə aparıcının ağciyərlərində aşkarlanan şişdir. Maslyakovun keçirdiyi COVID-19 xəstəliyindən sonra yaranan həmin şişin əməliyyatla götürülməsi mümkün deyil.
82 yaşlı aparıcı uzun müddətdir, həkimlərin nəzarətindədir və dəstəkləyici müalicə alır. Lakin indi sağlamlıqla bağlı şikayətləri artıb.
Həmçinin, KİV-də artıq Aleksandr Maslyakovu kimin əvəz edəcəyi ilə bağlı da məlumatlar yayılıb. Məlumatlara görə, onu məşhur “Comedy Club” layihəsinin aktyoru, eyni zamanda, aparıcı və yumorist olan Dmitri Xrustalyov əvəz edə bilər.
Lakin Maslyakovun oğlu bu məlumatı təkzib edib və söhbətin müvəqqəti əvəzetmədən getdiyini deyib.
Mənbə: “Mash” “Telegram”
www.102info.az