Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb.
Bununla bağlı KİV-də Türkiyə rəsmisinə istinadən məlumat yayılıb.
“Ərdoğan və Bayden arasında mayın 9-da Ağ Evdə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb”, – məlumatda bildirilir.
Bir gün əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Prezidenti Co Baydenin proqramında hələlik türkiyəli həmkarı ilə görüş nəzərdə tutulmayıb.
Türkiyə KİV-inin verdiyi məlumata görə, Ərdoğan ABŞ-yə planlaşdırılan səfərin ləğvi ilə bağlı göstəriş verməyib.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
www.102info.az